ABŞ-ın neft ehtiyatları bir həftədə 8,49 milyon barel artıb
ABŞ-da kommersiya məqsədli neft ehtiyatları həftə ərzində 8,49 milyon artaraq mayın 6-na 424,21 milyon barel təşkil edib.
Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Energetika Nazirliyi məlumat yayıb.
Nazirlikdən bildiriblər ki, ehtiyatların hazırkı həcmi ilin bu dövrü üçün xarakterik olan son beş ildəki orta göstəricidən təxminən 13 % aşağıdır.
Qeyd edək ki, Londonun ICE birjasında “Brent” markalı neftin iyul fyuçersləri 5,1% bahalaşaraq 107,64 dollar/barelə, WTI markalı neftin qiyməti isə 5,63 % artaraq 105,38 dollar/barelə çatıb.
Xəbəri paylaş
Facebook-da paylaş