ABŞ-ın neft ehtiyatları 8 milyon barel azalıb

 

ABŞ-da son bir həftə ərzində ticari neft ehtiyatları 8,01 milyon barel azalıb.


Şəffaflıq.az xəbər verir ki, bu barədə ABŞ-ın Energetika Nazirliyi məlumat yayıb. Bildirilir ki, yanvarın 1-nə olan göstəriciyə əsasən, bu rəqəm 485,459 milyon barel təşkil edib.

Eyni zamanda, “Bloomberg” agentliyinin analitikləri ehtiyatlarda 2,7 milyon barel azalma gözləyirdilər.

Qeyd edək ki, Brent markalı neftin bir bareli hazırda 54,58 dollardan, WTI markalı neftin bir bareli isə 50,78 dollardan satılır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}