Dünyada iqtisadi böhran: Neftin qiyməti 30 dollardan aşağı düşdü.

 

Xam neft qiymətləri koronavirusa dair narahatlıqların dərinləşməsi və Səudiyyə Ərəbistanından gələn xəbər ilə çökdü, qiymətlər 30 dollardan aşağı düşdü.
 
Koronavirusun yaratdığı narahatlıqlar ilə neft qiymətlərindəki azalma sürətlənib.
 
Marja xəbər verir ki, Səudiyyə Ərəbistanının dövlət neft şirkəti Suudi Aramco-nin maliyyə məsləhətçisinin qiymətlərin 30 dollar olmasından məmnun olduqlarını bildirməsinin ardından bu gün  Brent neftin barel qiyməti 13% ətrafında düşüb. 
 
ABŞ Mərkəzi Bankının (Fed) dünənki sürpriz addımı da maliyyə bazarlardakı narahatlıqları artırıb.
 
"Commerzbank"ın analitikləri "Daha çox ölkənin gündəlik həyatını "dondurması", daha çox sərhədin bağlanması və daha çox uçuşun ləğv edilməsi neft tələbinə daha çox mənfi təsir edəcək" şərhini ediblər.
 
Brent neftin barelinin qiyməti 13% ətrafında düşərək 29.73 dollara qədər geriləyib.Beləliklə, qiymət 2016-dan bəri ilk dəfə 30 dollardan aşağı düşüb.
 
Qərb Texas neftinin barel qiyməti isə 10% düşərək 28.45 dollara geriləyib.
 
Dünyanın aparıcı, Səudiyyə Ərəbistanının isə milli neft istehsalçısı - “Saudi Aramco” şirkəti gələn ay gündəlik neft tədarükünün həcmini 12,3 milyon barel səviyyəsində saxlamaq niyyətindədir.
 
Bu barədə şirkətin rəhbəri Əmin Nasir bildirib.
 
“Apreldə bizim gündəlik hasilatımızın həcmi 12 milyon barel olacaq, daha 300 min barel nefti isə anbarlarımızdan cəlb edəcəyik. Sonrakı planlarımız ehtiyaca görə tərtib ediləcək. Biz hasilatı bazarın ehtiyacını öyrənərək yalnız bir aylıq müddətə planlaşdırırıq”, - deyən şirkət rəhbəri əlavə xərclər çəkmədən bir il müddətində maksimum güc həddində çalışa biləcəklərini də dilə gətirib.
 
“Saudi Aramco” neftin lap aşağı qiymətinə başqa iri şirkətlərə nisbətən daha uzun müddət tab gətirmək iqtidarındadır”, - deyən Ə.Nasir mövcud qiymətlərin onlar üçün sərfəli olduğunu, səhmdarları və tərəfdaşları qarşısındakı öhdəliklərini yerinə yetirməyə imkan verdiyini də qeyd edib.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}