Neftin qiyməti bir gecədə 30 dollara endi
Dünya birjalarında neftin qiyməti bir gecədə kəskin şəkildə ucuzlaşıb.
Şəffaflıq.az BAKU.WS-a istinadən xəbər verir ki, hazırda "Brent" markalı neftin qiyməti 33,35 dollardır. Texas nefti isə 29,54 dollara geriləyib.
Bu ucuzlaşma körfəz müharibələrindən bu yana ən sərt enmədir. Bir gün ərzində 31%-lik ucuzlaşma dünya bazarında şok effekti yaradıb.
Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində neftin bir barreli ortalama 55 dollar civarında nəzərdə tutulmuşdu.
Neftin budəfəki ucuzlaşmasının 2 səbəbi var:
Hər iki amilin qalıcı olduğunu nəzərə alsaq, neftin qiymətlərinin daha da aşağı düməsi gözlənilir. Necə ki, ABŞ SSRİ-ni məhz neftin qiymətlərini aşağı düşürən siyasətlərlə dağıtmağı bacarmışdı. 1970-ci illərdə neftin bir barreli 1.8 dollara qədər enmişdi.
Növbəti qolbal iqtisadi böhranımı yaşayırıq? - Koronavirus dəhşəti...
Mütəxəssislər bu düşüşləri koronavirusun dünya iqtisadiyyatına və ticarətinə vurduğu zərərlə açıqlayırlar. Çindən başlayıb dünyanın digər ölkələrinə yayılan virus qlobal iqtisadi əlaqələri ciddi şəkildə sarsıdıb, ticari münasibətləri minimum həddə endirib. Bir çox ölkələr dünya ilə bütün əlaqələri kəsərək öz qınına çəkilib. Bu da istər-istəməz istehsalatın da azalması ilə nəticələnib. İstehsal azalınca, təbii ki, neftə tələbat da aşağı düşür. Nəticədə gözünü neft gəlirlərinə dikən, qeyri-neft sektorunu qura bilməyən bizim kimi ölkələr də bundan ciddi şəkildə zərər görür.
Virusun nə qədər davam edəcəyi isə bilinmir. Çində artıq 3-cü ayına qədəm qoyan epidemiyanın təsirləri nəinki azalıb, əksinə getdikcə daha böyük vüsət alıb. İranda ən kritik günlərin hələ qabaqda olduğu vurğulanır. Avropa ölkələri koronavirusla yeni tanış olurlar və onları da yaxın günlərdə ciddi problemlər gözləyir. Virusun ən çox yayıldığı Avropa ölkəsi olan İtaliyada artıq onlarla insanın həyatını itirdiyi bildirilir. Digər Avropa ölkələrindən də koronavirus xəbərləri gəlməkdədir.
Qısası, növbəti iqtisadi tənəzzülə hazır olun.
Facebook-da paylaş