Əsas Səhifə > İqtisadiyyat > ABŞ-ın neft ehtiyatları bir həftədə 8,49 milyon barel artıb
ABŞ-ın neft ehtiyatları bir həftədə 8,49 milyon barel artıb12-05-2022, 09:05 |
ABŞ-da kommersiya məqsədli neft ehtiyatları həftə ərzində 8,49 milyon artaraq mayın 6-na 424,21 milyon barel təşkil edib. Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Energetika Nazirliyi məlumat yayıb. Nazirlikdən bildiriblər ki, ehtiyatların hazırkı həcmi ilin bu dövrü üçün xarakterik olan son beş ildəki orta göstəricidən təxminən 13 % aşağıdır. Qeyd edək ki, Londonun ICE birjasında “Brent” markalı neftin iyul fyuçersləri 5,1% bahalaşaraq 107,64 dollar/barelə, WTI markalı neftin qiyməti isə 5,63 % artaraq 105,38 dollar/barelə çatıb. Geri qayıt |