Ukrayna və Rusiya növbəti dəfə əsir mübadiləsi həyata keçirib

 Ukrayna və Rusiya növbəti dəfə əsir mübadiləsi həyata keçirib.
Şəffaflıq.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini - müvəqqəti işğal olunmuş Ukrayna ərazilərinin reinteqrasiyası üzrə nazir İrina Vereşuk bildirib.
Vereşuk qeyd edib ki, bu dəfə 14 nəfər ukraynalı evlərinə qayıdıb. Onların arasında 7 hərbçi, 7 mülki şəxs də var.
"Bu mübadilə mənim üçün xüsusidir: hərbçi qadınlardan biri beş aylıq hamilədir", - Vereşuk əlavə edib.
Xatırladaq ki, Ukrayna ilə Rusiya arasında sonuncu məhbus mübadiləsi aprelin 28-də baş tutub. Mübadilə zamanı 45 ukraynalı vətənə qayıdıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}