YAP Şamaxı rayon təşkilatının və Şamaxı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Görkəmli Oftalmoloq Zərifə Əliyevanın anadan olmasının 99-cu il dönümü ilə əlaqədar tədbir keçirmişdir.

YAP Şamaxı rayon təşkilatının və  Şamaxı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, səhiyyə və mədəniyyət işçilərinin iştirakı ilə Görkəmli Oftalmoloq Zərifə Əliyevanın anadan olmasının 99-cu il dönümü ilə əlaqədar olaraq tədbir keçirmişdir.
Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Şəffaflıq.az xəbər verir ki,tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı açaraq bildirdi ki, 28 Aprel 1923-cü il tarixində əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Zərifə Əliyeva anadan olmuşdur. 1947-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. Azərbaycan Elmi-tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1969-cu ildən isə Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti , professor , görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri , oftalmologiya kafedrasının müdiri (1982-1985) vəzifələrində çalışmışdır. Z.Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri vardır. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Z.Əliyeva yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasına böyük əmək sərf etmişdir. Akademik Zərifə Əliyeva Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin , Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, "Vestnik oftalmoloqu" (Moskva) jurnalı redaksiya heyətinin üzvü idi. Yüksək elmi nailiyyətlərinə görə SSRİ Tibb Elmlər Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülmüşdür (1981).1985-ci il aprel ayının 15-də Moskva şəhərində vəfat edən Zərifə xanım Əliyevanın cənazəsi 1994-cü ildə Moskvanın Novo-Deviçye qəbiristanlığından Bakıya gətirilərək, Fəxri Xiyabanda, atasının görkəmli dövlət xadimi Əziz Əliyevin qəbrinin yanında dəfn olunmuşdur.
Sonra məruzə ilə Heydər Əliyev Mərkəzinin elmi işçisi Pərvin Şirəliyeva çıxış edərək qeyd etdi ki, Zərifə xanım Ümummilli Liderlə çiyin-çiyinə addımlayır, qayğısına qalır, çətin günlərdə ona arxa-dayaq olurdu. Bu yükü kövrək çiyinlərində böyük mətanət və fədakarlıqla daşıyırdı. Eyni zamanda, övladlarını vətənin layiqli övladları kimi, öz nəslinin yüksək mənəvi dəyərlərinin varisi kimi yetişdirirdi. Üstəgəl gərgin iş və elmi fəaliyyət…
Daha sonra Sabir ev muzeyinin əməkdaşı Aytəkin Əliyeva, tarix diyarşünaslıq muzeyinin əməkdaşı Vüsalə Həsənova və mərkəzi kitabxananın əməkdaşı Nuridə Qədirova çıxış edərək vurğulayıblar ki, siravi həkimlikdən akademikliyə qədər yüksəlmiş Zərifə xanım Əliyeva oftalmologiya elminin inkişafına dəyərli töhfələr verib, bu sahə üzrə yüksək ixtisaslı kadrlar yetişdirilməsinə böyük əmək sərf edib. Akademik Zərifə xanım Əliyevanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələridir.

Sonda: Zərifə xanım Əliyevanın ömür yoluna həsr olunan film nümayış olundu.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}