Şamaxı rayon Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar olaraq "30 illik Niskil" adlı tədbir keçirilib.-FOTO

16 yanvar 2020-ci il tarixində Şamaxı rayon Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar olaraq "30 illik Niskil" adlı tədbir keçirilib.
Tədbirdən öncə 20 Yanvar faciəsini özündə əks etdirən sərgiyə baxiş keçirilib.
 Şəffaflıq.az xəbər verir ki,tədbirdə Şamaxı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları,könüllülər, Şamaxı rayon 9 saylı tam orta məktəbin direktor müavini Mətanət Daşdəmirova və şagirdlər iştirak edib.

Tədbir iştirakçıları ilk öncə vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Sonra mərkəzin direktoru Könül Eyvazova məruzəylə çıxış edərək bildirdi ki 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusu erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı terror aktı həyata keçirib.

Sovet qoşunlarının təcavüzü nəticəsində Bakıda 134 mülkü vətəndaş öldürülmüş, 600-dən çox adam yaralanmışdı.1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi.Bu qanlı hadisəyə ilk dəfə olaraq öz münasibətini bildirən şəxs Ümummili Lider Heydər Əliyev olub.
Belə ki Heydər Əliyev 21 yanvar 1990-cı il tarixdə faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilən yığıncaqda çıxış edərək bu hadisəni törədən şəxsləri kəskin şəkildə tənqid edib.Heydər Əliyev bu hadisəni hüquqa, demokratiyaya yad, hümanizmə və ölkədə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etdiyini bildirib.20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilməməsi Heydər Əliyevi çox düşündürən məsələlərdən biri idi.Yalnız Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 1990-cı ilin qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi.
Daha sonra 9 saylı orta məktəbin şagirdlərinin ifasında şeirlər səsləndi və səhnəciklər nümayiş edilib.

Sonda "Qanlı misralar" filmi nümayiş edildi.
 Mərkəzin direktoru Könül Eyvazova
Şamaxı şəhəri
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}