Bu gün Bakıda bədii gimnastika üzrə Dünya Kubokuna START VERİLƏCƏK
Bu gün Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürəcək.
Şəffaflıq.az məlumat verir ki, Milli Gimnastika Arenasında təşkil olunacaq yarış üç gün davam edəcək.
Dünya Kubokunda Azərbaycanı fərdi proqramda Arzu Cəlilova, Zöhrə Ağamirova, qrup hərəkətləri proqramında isə Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokina təmsil edəcəklər.
Yarışda 33 ölkədən 44-ü fərdi və 96-sı qrup komandasının (15 qrup) üzvü olmaqla, 140 gimnast qüvvəsini sınayacaq. Ən çox icra xalını yığmış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” kuboku təqdim olunacaq.
Qeyd edək ki, bu, Bakıda bədii gimnastika üzrə təşkil olunacaq doqquzuncu Dünya Kuboku olacaq. Azərbaycan 2005-ci və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına da ev sahibliyi edib.
Facebook-da paylaş