Bu il Azərbaycanda keçiriləcək beynəlxalq idman yarışları - SİYAHI

 

Bakıda 12-13 fevral tarixlərində batut gimnastikası üzrə Dünya Kuboku yarışı keçirildi. Bu, Azərbaycanda cari ildə start verən ilk beynəlxalq yarış oldu. Ölkəmiz bu il ərzində beynəlxalq yarışlara ev sahibliyi etməyə davam edəcək.

Şəffaflıq.az 2022-ci ildə Bakıda keçiriləcək digər yarışların da siyahısını təqdim edir. Daha 4 Dünya Kuboku, həmçinin 3 dünya çempionatına Azərbaycan ev sahibliyi edəcək.

24 fevral. “Qarabağ” – “Marsel” futbol matçı (Avropa Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu)

3-6 mart. XII akrobatika gimnastikası üzrə ümumdünya yaş qrup yarışları

10-13 mart. XXVIII akrobatika gimnastikası üzrə dünya çempionatı

31 mart – 3 aprel. İdman gimnastikası üzrə Dünya Kuboku

22-24 aprel. Bədii gimnastika üzrə Dünya Kuboku

27 may – 9 iyun. Güllə və stend atıcılığı üzrə Dünya Kuboku

10 iyun. Azərbaycan – Slovakiya futbol matçı (UEFA Millətlər Liqasının C Liqasının III tur oyunu)

10-12 iyun. “Formula-1” üzrə Azərbaycan Qran Prisi

13 iyun. Azərbaycan – Belarus futbol matçı (UEFA Millətlər Liqasının C Liqasının IV tur oyunu)

2-4 sentyabr. Karate üzrə Premyer Liqa yarışı

25 sentyabr. Azərbaycan – Qazaxıstan/Moldova futbol matçı (UEFA Millətlər Liqasının C Liqasının VI tur oyunu)

1-10 oktyabr. Parapauerliftinq üzrə dünya çempionatı

4-6 noyabr. Cüdo üzrə “Böyük Dəbilqə” yarışı

5-6 noyabr. Yunan-Roma güləşi üzrə Dünya Kuboku

7-9 noyabr. Paracüdo üzrə dünya çempionatı

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}