"Exxon Mobil" Rusiyadan tamamilə çıxa bilər
Dünyanın ən böyük neft şirkətlərindən biri "Exxon Mobil" iyunun 24-dək Rusiya bazarından tamamilə çıxmaq imkanını nəzərdən keçirir.
Şəffaflıq.az APA-ya istinadən xəbər verir ki, bu barədə şirkətin planları ilə tanış olan mənbələrə istinadən "Reuters" agentliyi məlumat yayıb.
Agentlik bildirir ki, şirkət Rusiyadakı digər müəssisələrini, o cümlədən məşhur "Mobil" sürtkü yağlarının satışını iyunun 24-dək dayandırmağı düşünür.
Qeyd olunur ki, ötən ilin məlumatına görə, "Exxon" bütün Rusiya üzrə mindən çox insanı işlə təmin edib.
Şirkətin ofisləri Moskva, Sankt-Peterburq, Yekaterinburq və Yujno-Saxalinskdə yerləşir.
Xəbəri paylaş
Facebook-da paylaş