“Mobil Notariat” istifadəçilərinə “Mastercard”la bağlı xəbərdarlıq edilib

Notariat Palatası “Mobil Notariat” mobil tətbiqindən istifadə edənlərə xəbərdarlıq edib.
Şəffaflıq.az-ın məlumatına görə, xəbərdarlıqda deyilir ki, ölkə üzrə bəzi bank kartları, xüsusilə də “MasterCard” tipli bank kartları vasitəsi ilə bütün onlayn ödənişlər edilməsində çətinliklər yaranıb. Belə hallarla qarşılaşdıqda digər bank kartlarından istifadə etməyiniz xahiş olunur.
Xatırladaq ki, Notariat Palatası 2018-ci ildə yaradılıb, notariat xidmətinin inkişafı və təkmilləşdirilməsi məqsədilə notariusların məcburi üzvlüyü əsasında yaradılan, fəaliyyətini özünüidarəetmə prinsipi üzrə həyata keçirən qeyri-kommersiya hüquqi şəxsidir. Xüsusi qaydada fəaliyyət göstərən bütün notariusları özündə birləşdirən Palata fəaliyyətini Konstitusiyaya, Mülki Məcəlləyə, “Notariat haqqında” və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunlara, eləcə də Nizamnaməsinə əsasən həyata keçirir.“Report”

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}