Əsas Səhifə > REGİON > "Exxon Mobil" Rusiyadan tamamilə çıxa bilər
"Exxon Mobil" Rusiyadan tamamilə çıxa bilər21-04-2022, 22:38 |
Dünyanın ən böyük neft şirkətlərindən biri "Exxon Mobil" iyunun 24-dək Rusiya bazarından tamamilə çıxmaq imkanını nəzərdən keçirir. Şəffaflıq.az APA-ya istinadən xəbər verir ki, bu barədə şirkətin planları ilə tanış olan mənbələrə istinadən "Reuters" agentliyi məlumat yayıb. Agentlik bildirir ki, şirkət Rusiyadakı digər müəssisələrini, o cümlədən məşhur "Mobil" sürtkü yağlarının satışını iyunun 24-dək dayandırmağı düşünür. Qeyd olunur ki, ötən ilin məlumatına görə, "Exxon" bütün Rusiya üzrə mindən çox insanı işlə təmin edib. Şirkətin ofisləri Moskva, Sankt-Peterburq, Yekaterinburq və Yujno-Saxalinskdə yerləşir. Geri qayıt |