Cənubi Afrikada daşqın nəticəsində ölənlərin sayı 400-ə yaxınlaşır
Cənubi Afrika Respublikasının (CAR) Kvazul-Natal əyalətində baş verən daşqınlar nəticəsində ölənlərin sayı 395-ə çatıb.
Şəffaflıq.az xəbər verir ki, bu barədə yerli INC telekanalı məlumat yayıb.
Həftənin əvvəlindən ölkənin ən böyük şəhərlərindən biri olan Durban və ətraf rayonlarda güclü leysan yağışları yağıb. Güclü yağışlar sel və torpaq sürüşməsinə səbəb olub.
Ən çox qurban da Durbanda qeydə alınıb - 355. Təbii fəlakət səbəbindən 40,7 mindən çox insan regionu tərk etmək məcburiyyətində qalıb.
Hazırda səlahiyyətlilər daşqınlar nəticəsində ölənlərin sayını dəqiqləşdirir.
Cənubi Afrika Meteorologiya Xidməti bölgədə güclü yağışların davam edəcəyini proqnozlaşdırır.
Xəbəri paylaş
Facebook-da paylaş