Braziliyada təbii fəlakət onlarla can aldı: Yüzlərlə yaralı var

 

Braziliyanın şimal-şərqində yerləşən Bahia əyalətində şiddətli yağışların səbəb olduğu sel insan ölümünə səbəb olub.

Təbii fəlakət nəticəsində 26 nəfərin öldüyü, 518 nəfərin yaralandığı bildirilir. 30 mindən çox insan evsiz qalıb, 62 mindən çoxu təxliyə edilib.

Qeyd edək ki, Bahia əyalətinin cənubunda iki həftə əvvəl güclənən leysan yağışları səbəbindən baş verən sel fəlakətində 37 şəhərin tamamilə su altında qaldığı bildirilib.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}