Əfqanıstanda daşqınlar xeyli insan ölümünə səbəb olub

 

Əfqanıstanın azı 10 əyalətinə yayılan güclü daşqınlar nəticəsində ölənlərin sayı 160 nəfərə çatıb, 250 sakin xəsarət alıb.


Şəffaflıq.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Dövlət Fəlakətləri İdarəetmə və Humanitar İşlər Nazirliyindən bildiriblər.

Ən ciddi ziyan Pərvan əyalətinə dəyib. Belə ki, 129 nəfər ölüb, 130 nəfər xəsarət alıb, 4 mindən çox insan isə böyük həcmdə zərərə düşüb.


Daşqınlar həmçinin Kapisə, Kabil, Pəncşir, Meydan Vərdək, Lögər, Paktiyə, Nuristan, Nangərhar, Lağman, Xost, Ğəzni əyalətlərində də fəsadlar törədib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}