Ağsu rayonunun Ləngəbiz kəndində yanğın baş verib

Şəffaflıq.az xəbər verir ki, hadisə bu gün saat 11 radələrində rayonun Ləngəbiz kəndində qeydə alınıb. Belə ki, kənd sakini Əntiqə Novruzovanın həyətindəki mal-qara tövləsinə bitişik olan, ümumi sahəsi 25 kvadratmetr çardaq və altına yığılan 60 ədəd ot bağlaması yanıb. Alov tövləyə də ziyan vurub.
Hadisə yerinə gələn FHN-nin Ağsu Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi texnikanın köməyi ilə alovun ətrafa yayılmasının, xüsusilə tövləyə tamamilə yayılmasının qarşısını alıb.
Yanğının başvermə səbəbləri araşdırılır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}