Ağsu rayonunun dağlıq ərazisində yanğın baş verib
İyulun 25-də gündüz saat 11 radələrində Ağsu şəhərindən 20 kilometr şərqdə Ləngəbiz sıra dağlarında (bu əraziyə Keçdəməz dağı da deyilir) yanğın baş verib.
Yanğın rayonun Keçdəməz kəndinin şimal dağlıq ərazisində, kol-kos sahəsindədir.
Fövqəladə Hallar Nazirliyinin Ağsu yanğından mühafizə hissəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hadisədən dərhal sonra yanğınla mübarizə tədbirlərinə başlanılıb. Hazırda ərazidə 15 nəfər canlı qüvvə və 3 yanğınsöndürən maşın alovla mübarizə aparır. Qonşu Şamaxı rayon yanğından mühafizə hissəsindən də kömək çağırılıb.
Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş