Şəkidə taxıl sahəsi yandı

 

Şəffaflıq.az “Qafqazinfo”-ya istinadən məlumat verir ki, yanğın rayonun Oraban kənd ərazisində baş verib.

Yanğının söndürülməsi üçün hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib.

Yanğın nəticəsində kənd sakinlərinə məxsus dörd hektar biçilməmiş taxıl, üç hektar biçilmiş taxıl sahəsi, 0,5 hektar ərazidə quru ot-kol və üç ədəd qovaq ağacı yanıb.

Yanğının genişlənərək, ətraf sahələrə keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}