Bərdədə 10-a yaxın obyektin ziyan gördüyü güclü yanğın söndürülüb

 

Bərdədə Çay sahili küçəsində güclü yanğın baş verib.

Şəffaflıq.az xəbər verir ki, hazırda davam edən yanğın nəticəsində 10-a yaxın obyekt yanıb.

Hadisə yerinə FHN-nin yanğınsöndürənləri cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Yanğının çay evindən başladığı bildirilir.

Hadisə yerinə rayon icra hakimiyyəti başçısı Vidadi İsayev də gəlib.

Son məlumata görə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazirliyin Yanğından Mühafizə Xidməti əməkdaşlarının səyi nəticəsində yanğının qarşısı alınıb.

Yanğın zamanı xəsarət alan olmayıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}