Zelenski Rusiyanın son 8 ildə öldürdüyü ukraynalıların ümumi sayını açıqlayıb

Ukrayna Prezidenti Vladimir Zelenski son videomüraciətində Rusiyanın Ukraynaya qarşı müharibəsinin fevralın 24-də başlamadığını, Rusiya ordusunun 2014-cü ildən bu günə kimi Ukraynaya hücum etdiyini bildirib.
Bu barədə “Report” Ukrayna mətbuatına istinadən xəbər verir.
Dövlət başçısı qeyd edib ki, Rusiya Krımı ələ keçirərək onu böyük hərbi bazaya, Qara dəniz və Azovu dünyanın ən təhlükəli dənizlərinə çevirib. "Bizim Donbasda dəhşətli və sonsuz müharibəyə başladılar. Səkkiz il insanlarımızı öldürdülər. Bu müddət ərzində 14 000 adam öldürüldü", - Ukrayna lideri deyib.
Zelenski qeyd edib ki, dünya Ukraynaya qarşı edilənlərə səssiz qaldığı üçün Rusiya hərtərəfli müharibəyə başlamaq qərarına gəlib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}