Bakıda arvadını qətlə yetirən şəxsin məhkəməsi başlayır

 Bakıda arvadını qətlə yetirməkdə təqsirləndirilən Əsgər Musayevin cinayət işi üzrə məhkəməsi başlayır.
Şəffaflıq.az xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Siyavuş Hacıyevin sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin vaxtı hələ məlum deyil.
Qeyd edək ki, hadisə ötən ilin noyabrında Pirallahı rayonunda qeydə alınıb. Pirallahı qəsəbəsində 1992-ci il təvəllüdlü Ə.Musayev şəxsi münasibətlər zəminində mübahisə zamanı həyat yoldaşı 1997-ci il təvəllüdlü Ayşən Rəhimovanı boğaz nahiyəsinə bıçaqla xəsarətlər yetirərək onu öldürüb.
Faktla bağlı Ə.Musayev saxlanılıb və ona Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}