Bakıda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
Şəffaflıq.az xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Samir Əliyevin sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələ məlum deyil.
Qeyd edək ki, hadisə 2021-ci ilin oktyabrında paytaxtın Qaradağ rayonu Sahil qəsəbəsində qeydə alınıb. Belə ki, 1990-cı il təvəllüdlü Aliyə Məmmədova yaşadığı evdə əri, 1985-ci il təvəllüdlü V.Məmmədov tərəfindən öldürülüb.
Hadisəyə cütlüyün şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə səbəb olub. Belə ki, V.Məmmədov A.Məmmədovanı dəmir məftillə boğaraq qətlə yetirib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. V.Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Facebook-da paylaş