Arvadını qətlə yetirənin cinayət işi üzrə ibtidai istintaqı başa çatıb

 

Suraxanıda arvadını öldürməkdə təqsirləndirilən Ehtibar Qasımovun cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

Şəffaflıq.az xəbər verir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun icraatına verilib.
Qeyde edək ki, bu il fevralın 1-i saat 18 radələrində 1992-ci il təvəllüdlü Qasımova Fəridə Şükür qızının öldürülməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilib.
Aparılan araşdırmalarla zərərçəkmişin əri, 1988-ci il təvəllüdlü Ehtibar Qasımovun qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı Fəridə Qasımovaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Ehtibar Qasımov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}