Bakıda arvadını qətlə yetirən kişinin məhkəməsi başlayır
Bakıda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Şəhriyar Ələsgərovun cinayət işi üzrə məhkəməsi başlayır.
Şəffaflıq.az xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Azad Məcidovun sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, hadisə ötən ilin noyabrında Sabunçu rayonunda qeydə alınıb. Pirşahı qəsəbəsində 32 yaşlı Ş.Ələsgərov həyat yoldaşı, 24 yaşlı Ləman Ələsgərovanı şəxsi münasibətlər zəminində mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək öldürüb.
Faktla bağlı Ş.Ələsgərov haqqında Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Xəbəri paylaş
Facebook-da paylaş