NATO XİN Şurası Ukraynanın təhlükəsizlik zəmanətini müzakirə etməyib


 

NATO Xarici İşlər Nazirləri (XİN) Şurasının iclasında Ukraynanın təhlükəsizlik zəmanəti müzakirə olunmayıb.


Şəffaflıq.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bu gün Brüsseldə keçirilən NATO XİN başçılarının iclasından sonra mətbuat konfransında deyib.

O qeyd edib ki, Ukraynanın təhlükəsizlik zəmanətçisi kimi gördüyü ölkələrin dəqiqi siyahısı hələ tamamlanmayıb: “Lakin bu məsələ Brüsseldə keçirilən ikitərəfli görüşlərdə qaldırılıb. Tərəfdaşlarımız bu müzakirələrdə bizim nə istədiyimizlə bağlı daha yaxşı informasiya əldə edirlər. Biz öz təkliflərimizi irəli sürürük, lakin hələ onlar öz yanaşmalarını təqdim etməyiblər”.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}