NATO ölkələri fövqəladə iclas keçirəcək
NATO xarici işlər nazirləri yanvarın 7-də videokonfrans vasitəsilə fövqəladə iclasda görüşəcəklər.
Şəffaflıq.az xəbər verir ki, bunu NATO rəsmisi Oana Lunqesku deyib.
O bildirib ki, NATO xarici işlər nazirlərinin cümə günü keçiriləcək iclasında Rusiyanın Ukrayna sərhədi yaxınlığında hərbi qüvvələrini artırması və Avropanın təhlükəsizlik məsələləri müzakirə ediləcək.
Xəbəri paylaş
Facebook-da paylaş