Rusiyaya embarqo qərarından sonra Avropada kömürün qiyməti qalxdı


 

Avropada kömür qiymətləri Rusiyaya embarqo qərarından sonra qalxmağa başlayıb.

Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula von der Leyen Rusiyaya qarşı tətbiq ediləcək 5-ci sanksiya paketi çərçivəsində dünən ölkədən 4 milyard dollarlıq kömür idxalını qadağan edəcəklərini və bu embarqonun Rusiya üçün əhəmiyyətli dərəcədə gəlir itkisi yaradacağını bildirib.

Açıqlamadan sonra “API2 Rotterdam Coal Futures including Price”da aprel müqavilələrində bir ton kömürün qiyməti əvvəlki bağlanışla müqayisədə 12,6 % artaraq 295 dollar olub.

Bu gün bir ton kömürün qiyməti dünənki bağlanışa görə 4,5 % artaraq 303 dollara çatıb.

“API2 Rotterdam Coal Futures including Price”da bir ton kömürün qiyməti may fyuçers müqavilələrində 330 dollara, iyun fyuçers müqavilələrində isə 323 dollara yüksəlib.

Aİ 2002-ci ildə ümumi kömür idxalının 54 %-ni Rusiyadan həyata keçirib.

Rusiya İndoneziya və Avstraliyadan sonra dünyada üçüncü ən böyük kömür ixrac edən ölkədir.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}