Dünya fond bazarlarının əsas indeks göstəriciləri


 

Mayın 28-də Amerika fond bazarında Dow Jones indeksi 0,19% – 34,529.45 bəndədək, S&P 500 indeksi 0,08% – 4,204.11 bəndədək, Nasdaq indeksi isə 0,09% – 13,748.74 bəndədək yüksəlib.


Şəffaflıq.az "APA-Economics"-a istinadən məlumat verir ki, Avropa fond bazarlarında mayın 28-də FTSE 100 indeksi 0,04% – 7,022.61 bəndədək, Almaniyanın DAX indeksi 0,74% – 15,519.98 bəndədək, Fransanın CAC-40 indeksi isə 0,75% – 6,484.11 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,08% artaraq 1 895,6 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,04% artaraq 1,2194 dollar təşkil edib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}