Ölkədə nə ucuzlaşıb, nə bahalaşıb?
Azərbaycanda 2020-ci ilin dekabr ayında istehlak qiymətləri indeksi noyabr ayı ilə müqayisədə 100,8 faiz təşkil edib. Ümumilikdə isə 2020-ci ildə istehlak qiymətləri indeksi əvvəlki illə müqayisədə 102,8 faiz olub.
Şəffaflıq.az Dövlət Statistika İdarəsinə istinadən bildirir ki, ötən ilin dekabr ayında Azərbaycanda istehlak səbətinə daxil olan məhsul və xidmətlərin dəyəri əvvəlki ayla müqayisədə 0,8 faiz artıb. Ümumilikdə isə 2019-cu illə müqayisədə 2,8 faiz qiymət artımı müşahidə olunub.
2020-ci ilin dekabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi noyabr ayı ilə müqayisədə 101,8 faiz, əvvəlki ilin (2019) eyni dövrü ilə müqayisədə isə 105 faiz təşkil edib.
2020-ci ilin dekabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi noyabr ayı ilə müqayisədə 100,1 faiz (qiymətlər 0,1 faiz artıb), 2020-ci ildə əvvəlki illə müqayisədə isə 101,3 (qiymətlər 1,3 faiz artıb) faiz təşkil edib.
Ötən ilin dekabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi noyabr ayı ilə müqayisədə 100 faiz (qiymətlər sabit qalıb), 2020-ci ildə əvvəlki illə müqayisədə isə 101 faiz (qiymətlər 0,1 faiz artıb) olub.
Facebook-da paylaş