Ağsuda futbol üzrə Azərbaycan çempionatının region liqasının pley-off mərhələsinin ilk oyunu keçirilib

Martın 26-da Ağsu şəhər stadionunda futbol üzrə Azərbaycan çempionatının region liqasının pley-off mərhələsinin yarışlarına start verilib.
Şəffaflıq.az xəbər verir ki, ilk oyun Ağsunun “Ağsu citi” və Yevlaxın “Karvan” futbol komandaları arasında keçirilib.
Yarışlar başlanmazdan əvvəl idmançılar və tamaşaçılar torpaqlarımızın bütövlüyü uğrunda canından keçən Vətən oğullarının xatirəsini bir dəqəqəlik sükutla yad ediblər.
Gərgin və maraqlı keçən görüşün birinci hissəsi heç-heçə nəticələnib. İkinci hissə birinciyə nisbətən daha gərgin keçib və meydanda üstünlüyü ələ alan “Ağsu citi” rəqib qapısından 2 top keçirib. Beləliklə, “Ağsu citi”-“Karvan” qarşılaşması birincinin qələbəsi ilə (2:0) başa çatıb.

Region liqasının pley-off mərhələsinin növbəti oyunu aprelin 2-də Yevlaxda keçiriləcək.AZƏRTAC

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}