Azərbaycan Yüksək Liqasında növbəti turun proqramı məlum olub
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti turun keçirilmə yeri və vaxtı dəqiqləşib.
Federasiyanın Mətbuat Xidmətindən verilən məlumata görə, XIII turunun oyunları martın 26-da təşkil olunacaq.
Günün ilk qarşılaşmasında saat 15:00-da “Neftçi” və “Sərhədçi” komandaları üz-üzə gələcək. Bu görüşdən 2 saat sonra “Ekspress” – MOİK oyunu gerçəkləşəcək.
Hər iki matç “Murov” Voleybol Klubunun idman zalında baş tutacaq.
Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş