İngiltərədə Qvardiola - Mourinyo dueli


 

Bu gün İngiltərə Premyer Liqasında 24-cü tura start veriləcək.

Şəffaflıq.az Qol.az-a istinadən xəbər verir ki, bu gün 3 matç nəzərdə tutulub. Turun mərkəzi oyununda lider "Mançester Siti" "Tottenhem"i qəbul edəcək. Baş məşqçilər Pep Qvardiola - Joze Mourinyo duelinin nəticəsi maraqla gözlənilir. Görüşə Bakı vaxtı ilə saat 21:30-da start veriləcək.

"Mançester Siti" hazırda turnir cədvəlində 50 xalla 1-ci, "Tottenhem" 36 xalla 8-cidir.

Qeyd edək ki, bu gün eyni zamanda "Lester - "Liverpul" (saat 16:30), "Kristal Pelas" - "Bernli" (19:00) oyunları da keçiriləcək.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}