“Qarabağ” “Neftçi”yə qalib gəldi

 

Futbol üzrə Azərbaycan Premyer Liqasında XV turun daha bir oyunu keçirilib.

Turun mərkəzi qarşılaşmasında “Neftçi” “Qarabağ”ı qəbul edib. “Bakcell Arena”dakı görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbədən sonra xallarını 35-ə çatdıran “Qarabağ” liderliyini möhkəmlədib. “Neftçi” isə 22 xalla 4-cü sırada qalıb.

Qeyd edək ki, günün ilk oyununda “Zirə” səfərdə “Keşlə”yə 1:0 hesabı ilə qalib gəlib.

Tura fevralın 8-də keçiriləcək “Sabah” – “Qəbələ” və “Səbail” – “Sumqayıt” görüşləri ilə yekun vurulacaq.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}