YAP Şamaxı rayon təşkilatında tədbir keçirilmişdir.

Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının yaranmasının  29-cu il dönümü ilə əlaqədar olaraq 17.03.2022-ci il tarixində YAP Şamaxı rayon təşkilatında tədbir keçirilmişdir.
Şəffaflıq.az xəbər verir ki, tədbirdə  Şamaxı rayon icra hakimiyyətinin başçısı  Tahir Məmmədov, rayon təşkilatının təsis konfransının nümayəndələri  və ərazi partiya təşkilatnın sədrləri iştirak etmişlər.

Tədbirə başlamazdan öncə Şamaxı rayon icra hakimiyyətinin başçısı  Tahir Məmmədov , YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, və partiya fəalları ulu öndər Heydər Əliyev abidəsi önünə gül dəstələri düzdülər.

Tədbirdə yığıncaq iştirakçıları ilk öncə YAP-ın qurucusu, ulu öndər Heydər Əliyevin və Azərbaycanın Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri giriş sözü ilə açan rayon təşkilatının sədri Tural Qasımlı bildirib ki, müstəqilliyimizin ilk illərində YAP-ın yaranması tarixi zərurətə çevrilmişdi. Onun sözlərinə görə, Azərbaycanın parçalanması təhlükəsi xalqımızın ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı üçün çağırışlarını gücləndirirdi. Çünki bütün vətəndaşlar yalnız Heydər Əliyevi xilaskar kimi görürdü. 21 noyabr 1992-ci ildə yaranan partiya ulu öndər Heydər Əliyevə xalqın böyük inamı olduğu üçün qısa müddətdə təşkilatlandı və ölkəmizin ən nüfuzlu siyasi qüvvəsinə çevrildi. Tural Qasımlı həmçinin, 2021-ci ildə keçirilmiş YAP-ın VII Qurultayında qəbul olunmuş qərarların və partiyada həyata keçirilən islahatların əhəmiyyətini danışdı. 
Sonra Şamaxı Ağsaqqallar Şurasının sədri Mayıl Alcanov, təqaüdçü Nəzakət Abdulrazaqova, mədəniyyət şöbəsinin nümayəndəsi Rəfail Tağızadə, veteranlar şurasının sədri Ağarza Bayramov və ADPU-in Şamaxı filialının müavini Şasəddin Mikayılov çıxış edərək qeyd etdilər ki, 29 il bunda əvvəl 17 nəfər fədakar insanların təşəbbüsilə YAP Şamaxı rayon təşkilatı yaradıldı.Bu gün sevindirici haldır ki, rayon təşkilatı ilbə il öz sıralarını artıraraq 8 mindən çox Şamaxı sakinini öz ətrafında birləşdirdi. Eyni zamanda Azərbaycan bu illər ərzində gücləndi, qüdrətləndi, hər an Qələbəyə hazır olan ordusunu formalaşdırdı, beynəlxalq münasibətlər sistemində yerini və rolunu möhkəmləndirdi, münaqişənin həlli üçün möhkəm hüquqi baza formalaşdı. Prezident İlham Əliyev ən yüksək tribunalardan bəyan etdi ki, bir qarış torpağımızı belə düşmənə verməyəcəyik. Sülh danışıqlarının səmərə verməyəcəyi təqdirdə hərb yolu istisna edilmədi. Vətən oğullarının qəhrəmanlığını, şücaətini unutmamaq, onların dastana dönən igidlikləri ilə daim qürur hissi keçirmək məqsədilə Anım Günü kimi təsis olunan 27 sentyabr 2020-ci ildən başlanan Vətən müharibəsi hərbi-siyasi Qələbəmizin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixinə qədər davam edərək Azərbaycanın döyüş meydanında olduğu kimi, informasiya cəbhəsində də üstünlüyünün təqdimatı oldu. Bu Qələbəmiz kimin kim olduğunu açıqladı. Dost, qardaş Türkiyə Vətən müharibəsi başlandığı gündən Azərbaycanın yanında oldu. Bir sözlə, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev adını tarixə qalib lider, torpaqlarımızın xilaskarı kimi yazdı. 
Sonda Şamaxı icra hakimiyyətinin başçısı Tahir Məmmədov öz çıxışında vurğuladı ki,dövr, zaman dəyişir, davamlı islahatlar həyata keçirilir, idarəçilik sistemində yeniliklər tətbiq olunur. Bugünümüzün əsas reallığı dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın birgə səyləri nəticəsində postmünaqişə dövrünün reallıqlarının gerçəkləşdirilməsi, ən əsası soydaşlarımızın işğaldan azad edilmiş Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdışının tezləşdirilməsidir. Bir mühüm məqamı da nəzərə alsaq ki, Yeni Azərbaycan Partiyasının VII qurultayı Zəfərimizin reallıqlarına uyğun olaraq keçirilib və bu reallıqlara əsaslanan qərarlar qəbul olunub, Mehriban xanım Əliyevanın Yeni Azərbaycan Partiyası Sədrinin Birinci müavini təyin edilməsi onun dövlət başçısı İlham Əliyevlə birlikdə Azərbaycanımıza daha möhtəşəm uğurlar qazandırmasına əsaslanır. Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti Azərbaycan dövlətinin, dövlətçiliyinin inkişafına, qarşıdakı illər üçün müəyyənləşdirilən hədəflərin gerçəkləşdirilməsinə davamlı töhfələrində öz aydın ifadəsini tapıb. Bu gün dünyanın diqqəti Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycana yönəlib. Şübhəsiz, biz qalib xalq olaraq birgə səylər nəticəsində qarşımızda duran hədəflərə yüksək səviyyədə çatacağıq.Təbii ki, təkcə ölkəmizin deyil, regionun aparıcı siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının 29 ildə keçdiyi şərəfli yolu bir müsahibə çərçivəsində əhatə etmək mümkün deyil. Bununla belə, yekun olaraq onu deyə bilərəm ki, bugünümüzün sevinci, qüruru uğurlarımızın zirvəsində dayanan tarixi Zəfərimizdir. Bir daha Yeni Azərbaycan Partiyasının çoxminli üzvlərinin hər birini YAP-ın Şamaxı rayon təşkilatının yaradılmasının 29 illiyi münasibətilə təbrik edir, VII qurultayın qərarlarından irəli gələn vəzifələrin icrasında daha fəal olmağı arzulayıram.
Çıxışlardan sonra bir neçə YAP fəallarına Fəxri Fərmanlar təqdim olundu və 
bunulada tədbir yekunlaşdı.

Vahid İsmayılov.
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}