Bayden Ukraynaya əlavə 800 milyon dollar vəsait ayırıb
Şəffaflıq.az"qafqazinfo"-ya istinadən xəbər verir ki, Bayden bu barədə fərman imzalayıb.
Yardım paketi çərçivəsində Ukraynaya 800 "Stinger" zenit sistemi, 2 min "Javelin" tank əleyhinə raket, 1000 yüngül tank əleyhinə silah, 6 min ədəd AT-4 tank əleyhinə sistem veriləcəyi bildirilib.
Paket çərçivəsində Ukraynaya 100 Pilotsuz Uçuş Aparatının (PUA) göndəriləcəyi də qeyd edilib.
Paketə həmçinin 100 qumbaraatan atış sistemi, 5 min tüfəng, 1000 tapança, 400 pulemyot, 400 ov tüfəngi, 20 milyon döyüş sursatı, 25 min zireh dəsti, 25 min dəbilqə daxildir.
Həmçinin, bu son paketlə Baydenin Ukraynaya açıqladığı təhlükəsizlik yardımının dəyərinin son bir həftədə 1 milyard dollara, son 1 ildə isə 2 milyard dollara çatdığı vurğulanıb.
Sözügedən texnikanın ABŞ Müdafiə Nazirliyi tərəfindən birbaşa Ukrayna ordusuna veriləcəyi paylaşılıb.
Facebook-da paylaş