ABŞ-ın yeni hərbi yardımı Ukraynaya çatdırılıb

 

ABŞ-ın yeni hərbi yardımının ilk partiyası Ukraynaya gəlib.


Şəffaflıq.az xəbər verir ki, bunu ABŞ-ın Kiyevdəki səfirliyi bildirib.

"ABŞ Prezidenti Co Baydenin bu yaxınlarda Ukraynaya göndərmək qərarına gəldiyi yardımın ilk hissəsi bu gecə Ukraynaya çatıb. Bu yükə Ukrayna cəbhə xəttinin müdafiəçiləri üçün döyüş sursatı da daxil olmaqla, təxminən 200 min funt-sterlinq (90,7 ton) öldürücü silah daxildir"- deyə səfirlik "Twitter"də məlumat verib.

ABŞ Dövlət Departamentinin sözçüsü jurnalistlərə bildirib ki, ABŞ Ukraynaya yeni hərbi yardım göndərməyə davam etmək niyyətindədir və gələcək həftələrdə əlavə yüklərin çatdırılacağı gözlənilir.

Moskva dəfələrlə Vaşinqtonu Kiyevə silah tədarükünü dayandırmağa çağırıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}