Lavrov Rusiyanın Avropa Şurasından çıxmasının səbəblərini açıqlayıb

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkəsinin Avropa Şurasından çıxmasının səbəblərini açıqlayıb.
“Report” TASS-a istinadən xəbər verir ki, o, bu barədə RBC telekanalına müsahibəsində məlumat verib.
“Bu qərar çoxdan qəbul olunub. Çünki o qurum tamamilə deqradasiyaya uğrayıb", - Rusiya XİN başçısı deyib.
S.Lavrov həmçinin rəsmi Kiyevlə davam edən danışıqlarda Ukraynanın neytral statusunun müzakirə olunduğunu bildirib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}