Lavrov Avropa İttifaqını ittiham edib

  

“Brüssel ikitərəfli münasibətləri qəsdən pozdu”.

Şəffaflıq.az xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkəsinin Avropa İttifaqı ilə əlaqələrindən danışarkən dilə gətirib.

“Aİ ilə problemləri həll etməyə hazırıq. Bütün ssenarilərin inkişafına hazır olmalıyıq. Seçim Aİ-nindir. Avropa İttifaqı Rusiya ilə münasibətlərini yaxşılaşdırmağa qərar versə, biz də buna hazır olarıq”, - Rusiyanın XİN rəhbəri vurğulayıb.

Lavrov əlavə edib ki, ölkəsi Avropadan uzaqlaşmır:

“Avropada çox dostumuz və oxşar baxışlara malik ölkələr var. Onlarla qarşılıqlı mənafelərimiz çərçivəsində əlaqələri inkişaf etdirməyə davam edəcəyik”.

“ATƏT üzvü ölkələr öz fəaliyyətlərində təhlükəsizliyin təmini üçün təməl prinsip olan Helsinki Yekun Aktına əsaslanmalıdırlar. Bu prinsip ən ali səviyyədə dəfələrlə təsdiqlənib, ancaq praktikada tətbiq olunmur. Avropada vəziyyətin sakitləşməməsi bununla bağlıdır”, - S.Lavrov bildirib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}