Azərbaycanla İran arasında tarixi sənəd
Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə bir sıra ikitərəfli sənədlər imzalanıb.
İmzalanan memorandumun məqsədi Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə İran ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası arasında yeni dəmir yolu, avtomobil yolu əlaqəsinin, eləcə də rabitə və enerji təminatı xətlərinin yaradılmasından ibarətdir. Anlaşma Memorandumu Azərbaycanın geostrateji müstəvidə yeni qələbəsi, tarixi əhəmiyyətə malik hadisədir.
Layihədə Araz çayı üzərində piyada keçidi ilə iki avtomobil və iki dəmir yolu olmaqla ümumilikdə dörd körpünün, eləcə də rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulur. Həmin körpülər Ermənistanın dövlət sərhədinə 5 km məsafədə keçəcək. Yeni kommunikasiya xətləri bu gün elektrik enerjisi ixracatçısı olan Azərbaycana İran ərazisindən keçməklə Naxçıvana, Türkiyəyə və bununla da Avropaya elektrik enerjisi ixrac etmək imkanı da qazandıracaq. Bu layihənin gerçəkləşməsi tarixi hadisə, Azərbaycan diplomatiyasının mühüm qələbəsidir və ölkəmizin iqtisadi inkişafında mühüm rol oynayacaq.
Şəffaflıq.az
Facebook-da paylaş