Azərbaycan və İran birgə sənaye parkları yarada bilər
“Azərbaycan və İranın birgə sənaye parkları yaratması təklif edilir. Bununla bağlı böyük potensial var”.
Şəffaflıq.az xəbər verir ki, bunu Azərbaycanla İran arasında İqtisadi, Ticarət və Humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 15-ci iclasında, Komissiyanın İran tərəfdən həmsədri, qonşu ölkənin yol və şəhərsalma naziri Rüstəm Qasimi bildirib.
“Ümumilikdə ikitərəfli əlaqələrin inkişafı üçün böyük potensial var. Azərbaycanla əlaqələrimiz yüksək səviyyədədir, getdikcə inkişaf edir və bütün bu əməkdaşlıq ticarət dövriyyəsi artırır”, - deyə o, əlavə edib.
Xəbəri paylaş
Facebook-da paylaş