“Antalya Diplomatiya Forumu tədricən məqsədinə çatır”.

“Antalya Diplomatiya Forumu tədricən məqsədinə çatır”.
Şəffaflıq.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalya Diplomatiya Forumunun açılışında deyib.
“Rusiya və Ukrayna arasındakı böhrandan sonra dünən hər iki tərəfdən xarici işlər nazirlərinin ilk görüşünün Antalyada baş tutması bunu təsdiqləyir”, - o deyib.
Türkiyə Prezidenti hesab edir ki, beynəlxalq qurumlara inam zəifləyib: “Böhranlara etinasız yanaşmanın fəsadlarını birlikdə görməkdəyik. Ukrayna məsələsi göstərir ki, tarixdən dərs almaq lazımdır. Rusiya və Ukrayna həm qonşumuz, həm də dostumuzdur. Onların müharibə aparmasından çox narahatıq. Savaş ən çox bizi narahat edir”.
R.T.Ərdoğan söyləyib ki, Türkiyənin Krımla bağlı mövqeyi dəyişməzdir: “Krımla bağlı konkret mövqeyimizi 2014-cü ildən bu yana təkrarlayırıq. Həm Rusiya, Ukrayna ilə müzakirələrimizdə bu mövzunu daim gündəmdə saxlamışıq. Qərb Krımın işğalına reaksiya versəydi, indi bu mənzərəni görərdikmi?! Amma Qərb Krımın işğalına göz yumdu. İndi isə onlar nələrsə danışırlar”.
Türkiyə lideri hesab edir ki, Ukraynaya lazımı dəstək verilməyib: “Ukrayna haqlı mübarizəsində yalnız qoyuldu. Atəşə benzin tökməyin kimsə faydası yoxdur. Rus mədəniyyətinə qarşı faşist addımlar qəbuledilməzdir. Almaniyada Putinin dostu istefaya göndərilir. Başqa Avropa ölkəsində Dostoyevskinin əsərləri qadağan edilir. Bu, İraqda Hulakilərin vandallığını xatırladır. Biz yeni Hulakilər istəmirik. İnsanlıq buna layiq deyil. Biz sabitliyin bərpası üçün çalışırıq”.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}