“Azərpoçt” bayram günlərində hansı qrafiklə işləyəcək? - AÇIQLAMA
Bayram günlərində “Azərpoçt” MMC-nin hansı qrafiklə fəaliyyət göstərəcəyi açıqlanıb.
Bu barədə “Azərpoçt” MMC-dən məlumat verilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə əlaqədar olaraq, növbəli iş rejimində vətəndaşlara xidmət göstərəcək.
6, 7, 8 mart tarixlərində qeyd edilən poçt şöbələri aşağıdakı rejimdə işləyəcək:
Mərkəzi Poçt Şöbəsi - saat 09:00-18:00
2 saylı poçt filialının 63 saylı poçt şöbəsi - saat 10:00-17:00
2 saylı poçt filialının 124, 138, 144 saylı poçt şöbələri - saat 09:00-17:00
3 saylı poçt filialının 2, 40 saylı poçt şöbələri - saat 10:00-17:00
4 saylı poçt filialının 44 saylı poçt şöbəsi - saat 09:00-17:00
Regionlarda yerləşən müştəri xidməti şöbələri - saat 10:00-17:00
İstehsalat zərurətilə əlaqədar olaraq 1 saylı Poçt Filialının 66 və 152 saylı poçt şöbələri adi iş rejiminə uyğun fəaliyyət göstərəcək.
Adi günlərdə olduğu kimi, bayram günlərində də poçt şöbələrində əhaliyə poçt xidmətlərinin göstərilməsi - teleqramlar, məktublar, banderollar, bağlamalar, xüsusilə də bayram təbrikləri, əsgər göndərişləri, eləcə də pulköçürmələrinin qəbulu, kommunal xidmət haqlarının yığılması təmin ediləcək.
Şəffaflıq.az
Facebook-da paylaş