İşğaldan azad edilmiş ərazilərdə modul tipli poçt şöbələri fəaliyyətə başlayacaq

 

İşğaldan azad edilmiş ərazilərdə modul tipli poçt şöbələri fəaliyyət göstərəcək.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində “Azərpoçt” MMC-dən verilən məlumata əsasən, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərməsi nəzərdə tutulan beş ədəd modul tipli bina, poçt şöbələrinin satınalınması ilə bağlı elan verib.

Satınalma kotirovka sorğusu üsulu ilə həyata keçiriləcək. Kotirovka sorğusunda iştirak etmək üçün sənədlər 21 dekabr 2020-ci il saat 17:00-dək qəbul edilir.

Maraqlanan təşkilatların +99412 493 56 00 telefon nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.

Ünvan: Bakı şəhəri, Üzeyir Hacıbəyov, 72. E-mail: [email protected]

Eləcə də, məlumatda qeyd edilib ki, Nazirliyin nəzdindəki “Aztelekom” MMC də işğaldan azad edilmiş ərazilərdə fəaliyyətini tənzimləmək üçün 5 ədəd pikap tipli nəqliyyat vasitəsinin satınalınması üzrə təklif sorğusu elan edir.

İştirak etməkdə maraqlı olanların sənədləri 22 dekabr 2020-ci il saat 12:00 tarixinədək qəbul olunur.

Ünvan: AZ1122 Moskva prospekti, Ev 187. E-mail adresi:[email protected]


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}