Prezident İlham Əliyev və Mehriban Əliyeva Bakıda modul tipli hospitalın açılışında
İyulun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında iştirak ediblər.
Şəffaflıq.az AZƏRTAC-a istinadən xəbər verir ki, tibb ocağında yaradılan şəraitlə tanışlıqdan sonra dövlətimizin başçısı Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına müsahibə verib.
Xəbəri paylaş
Facebook-da paylaş