Əsas Səhifə > SON XƏBƏR > “Azərpoçt” bayram günlərində hansı qrafiklə işləyəcək? - AÇIQLAMA
“Azərpoçt” bayram günlərində hansı qrafiklə işləyəcək? - AÇIQLAMA5-03-2022, 21:53 |
Bayram günlərində “Azərpoçt” MMC-nin hansı qrafiklə fəaliyyət göstərəcəyi açıqlanıb. Bu barədə “Azərpoçt” MMC-dən məlumat verilib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə əlaqədar olaraq, növbəli iş rejimində vətəndaşlara xidmət göstərəcək. 6, 7, 8 mart tarixlərində qeyd edilən poçt şöbələri aşağıdakı rejimdə işləyəcək: Mərkəzi Poçt Şöbəsi - saat 09:00-18:00 2 saylı poçt filialının 63 saylı poçt şöbəsi - saat 10:00-17:00 2 saylı poçt filialının 124, 138, 144 saylı poçt şöbələri - saat 09:00-17:00 3 saylı poçt filialının 2, 40 saylı poçt şöbələri - saat 10:00-17:00 4 saylı poçt filialının 44 saylı poçt şöbəsi - saat 09:00-17:00 Regionlarda yerləşən müştəri xidməti şöbələri - saat 10:00-17:00 İstehsalat zərurətilə əlaqədar olaraq 1 saylı Poçt Filialının 66 və 152 saylı poçt şöbələri adi iş rejiminə uyğun fəaliyyət göstərəcək. Adi günlərdə olduğu kimi, bayram günlərində də poçt şöbələrində əhaliyə poçt xidmətlərinin göstərilməsi - teleqramlar, məktublar, banderollar, bağlamalar, xüsusilə də bayram təbrikləri, əsgər göndərişləri, eləcə də pulköçürmələrinin qəbulu, kommunal xidmət haqlarının yığılması təmin ediləcək. Şəffaflıq.az Geri qayıt |