Deqati: “Ermənistan Xocalı faciəsi haqqında həqiqi informasiyanın ötürülməsinə mane olmağa çalışırdı”

“Ermənistan tərəfi Xocalı faciəsi haqqında həqiqi informasiyanın ötürülməsinə mane olmağa çalışırdı”. Bu barədə “Report”a Azərbaycan əsilli tanınmış fransız fotojurnalist Reza Deqati bildirib.
Onun sözlərinə görə, ermənilərin Xocalıda törətmiş olduqları dəhşətlərin şahidi olduqdan sonra özünə borc bilirdi ki, bu barədə dünyaya danışsın, lakin erməni ictimaiyyəti buna maksimum mane olmağa çalışırdı. Bu məqsədlə onlar hətta real kadrların nümayiş olunduğu sərgiyə daxil olaraq şəkilləri məhv etmək cəhdləri də etmişdilər. Bununla belə Deqati qeyd edir ki, Azərbaycan Xocalı faciəsi ilə bağlı ədaləti bərqərar etmək üçün böyük işlər görür.
Fotojurnalist həmçinin şahidi olduğu bir sıra hadisələr barədə də danışıb. O, Xocalıda baş verən hadisədən sonra şəhərə buraxılmadığından cəsədlərinin gətirildiyi Ağdama yollandığını xatırlayır.
“Mən faciənin şahidi oldum: Xocalıdan qaçmış yüzlərlə insan orada toplaşmışdı. Hamı ağlayır, qaçır və şok içində idi. Çoxlu cəsəd də var idi. Onların çoxu güllələnməkdən savayı həm də eybəcər hala salınmışdı. Onlara işgəncə verilmişdi”, - 30 il əvvəl baş vermiş hadisələri xatırlayan Reza Deqati danışır.
Reza Deqati xatırlayır ki, hər gün oğlunu axtarmaq üçün morqa gələn qadın bir gün morqdan çıxaraq, gözləri çıxarılmış oğlunun cəsədini tapdığını bağırmışdı. Fotoqrafın sözlərinə görə, sonra həkimlərdən biri onun hələ sağ ikən gözlərinin çıxarıldığını və göz yuvalarından çoxlu qan axmasının bunu sübut etdiyini bildirmişdi.





















 


















 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}