Türk Şurası Xocalı soyqırımı ilə əlaqədar bəyanat yaydı

 

“Türk Şurası olaraq Xocalı qətliamının 28-ci ildönümündə Azərbaycanın kədərini bölüşürük”.

Bunu təşkilatın sədri Bağdad Amreyev deyib.
Onun sözlərinə görə, Türk Şurası Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar bəyanat yayıb.
Bəyanatda Xocalı soyqırımı barədə məlumat yer alıb. Həmçinin Şuranın Azərbaycanla həmrəy olduğunu vurğulanıb: “Xocalıda 28 il öncə törədilən qətliamın anıldığı bu günlərdə Türk Şurası olaraq azərbaycanlı qardaşlarımızın acılarını ən dərin şəkildə hiss edir və bölüşürük. Bundan başqa, dünya çapında yürüdülən “Xocalıya Ədalət” kampaniyasında Azərbaycan hökuməti ilə çiyin-çiyinə olduğumuzu bildirmək istəyirik”.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}