"Xocalı qətliamının günahkarları hələ də ədalət qarşısına çıxarılmayıblar" - Türkiyə səfiri

 

"Xocalı qətliamı dünyanın gözü qarşısında törədilib və təəssüflər olsun ki, faciənin günahkarları hələ də ədalət qarşısına çıxarılmayıblar".

Şəffaflıq.az report-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan jurnalistlərə açıqlamasında bildirib.

Səfir deyib ki, soyqırımda günahsız körpə və uşaqlar, qadın və qocalar qətlə yetiriliblər: "Xocalı faciəsinin ağrı-acısı unudulmur və hər zaman yaşayacaq. Allah Xocalı qurbanlarına rəhmət etsin, bizə isə qətliam günahkarlarını ədalət məhkəməsində görməyi nəsib olsun".

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}