Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > "Xocalı qətliamının günahkarları hələ də ədalət qarşısına çıxarılmayıblar" - Türkiyə səfiri
"Xocalı qətliamının günahkarları hələ də ədalət qarşısına çıxarılmayıblar" - Türkiyə səfiri18-02-2020, 22:57 |
"Xocalı qətliamı dünyanın gözü qarşısında törədilib və təəssüflər olsun ki, faciənin günahkarları hələ də ədalət qarşısına çıxarılmayıblar". Şəffaflıq.az report-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan jurnalistlərə açıqlamasında bildirib. Səfir deyib ki, soyqırımda günahsız körpə və uşaqlar, qadın və qocalar qətlə yetiriliblər: "Xocalı faciəsinin ağrı-acısı unudulmur və hər zaman yaşayacaq. Allah Xocalı qurbanlarına rəhmət etsin, bizə isə qətliam günahkarlarını ədalət məhkəməsində görməyi nəsib olsun". Geri qayıt |